Karyera imkanları - “Gələcək-Sənsən” proqramıAzercell şirkəti tələbələr üçün təqaüd proqramına müsabiqə elan edir
Təqaüd proqramının məqsədi:
- Müvəffəqiyyətlə təhsil alan və fərq yaradan tələblərə xüsusi qayğı
- Yüksək ixtisaslı tələbələrin gələcəkdə peşəkar kimi formalaşmasına dəstək
- Azərbaycan Respublikasının ali təhsil ocaqlarında təhsil alan tələbələrin inkişaf etdirilməsi
Təqaüd proqramından keçən tələbələri nə gözləyir?
Müsabiqədən uğurla keçən tələbələrə təhsil müddəti ərzində Azercell şirkəti tərəfindən hər ay təqaüd təqdim ediləcəkdir. Bundan əlavə Azercell təqaüdçüləri şirkətin korporativ mədəniyyəti ilə yaxından tanış olacaq, biliklərini iş ortamında tətbiq etmək və mütəmadi olaraq korporativ təlimlərdə iştirak etmək imkanında olacaqlar.
Təqaüd proqramında kimlər iştirak edə bilər:
Təhsillərini may/2009 və ya may/2010 tarixlərində bitirən və əyani təhsil alan tələbələr (III-IV kurs tələbələri)
Bakı Dövlət Universiteti
- Tətbiqi Riyaziyyat
- İnformatika
Azərbaycan Dövlət Neft Akademiyası
- Avtomatika və İdarəetmə
- İnformatika və hesablama texnikası
Azərbaycan Texniki Universiteti
- Telekommunikasiya
- İnformatika və hesablama texnikası
Azərbaycan Dövlət İqtisad Universiteti
- Beynəlxalq İqtisadi Münasibətlər
- Biznes inzibatçılığı
Qafgaz Universiteti
- Kompüter mühəndisliyi
- Kompüter sistem və şəbəkələri
- Biznes İnzibatçılığı
Qeyd olunan fakultələrin tələbələri digər şirkətlərin təqaüdçiləri olmamalıdırlar
Bu proqramda iştirak etmək istəyən tələbələr 30 Noyabr*, 2008-ci il tarixində tələb edilən sənədləri Bəsti Bağırova, 2 ünvanında yerləşən Müştəri Xidmətləri ofisinə təqdim etməlidir:
- Anket formu
- Son iki semestr ərzində qiymət göstəriciləri
- Anket formunda göstərilən 3 inşadan biri (minimum 100 simvoldan ibarət olmalıdır)
- Təhsildən kənar nailiyyətlər, fəaliyyətlər/üzvlüyü təsdiq edən sertifikatlar, təqdirnamə/təltiflərin surəti
Tələbələrin müraciətləri “Təqaüdlərin təyin olması və ödənilməsi qaydaları” əsasında Komitə tərəfindən dəyərləndirəcəklər.
Təqaüd proqramına seçilən tələbə sayı məhduddur (maksimum 15 tələbə Azercell təqaüdçüsü ola bilər)
Var olan dəyərləri bizimlə qoruyun...
Yeni dəyərləri bizimlə yaradın...
Dəyərlərimizi bizimlə paylaşın...
|
Qeyd: